Yuxarı

Bu şirkət Ordumuza 100 min köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Təmiz Texnologiyaları” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ümumi olaraq 100 000 (yüz min) manat vəsait köçürüb.

Axar.az-ın məlumatına görə, “Azərbaycanın Təmiz Texnologiyaları” şirkətinin rəhbəri Səfər Əlirzayev dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstəyin onlar üçün şərəf olduğunu bildirib.

“Azərbaycanın Təmiz Texnologiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 50 min manat Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilib.

Bundan əlavə, şirkət tərəfindən Naxçıvanın İnkişafı və Müdafiə Fonduna da 50 min manat yardım edilib.

“Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən Silahlı Qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq”, - deyə vurğulanıb.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri!

Qarabağ Azərbaycandır!

Tarix
2020.10.28 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla