Yuxarı

Ordumuz üçün bunu edərkən qürur hissi keçirirdik - Direktor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz üçün bunu edərkən qürur hissi keçirirdik - Direktor

"Referans Pharmaceuticals" şirkəti 2 həftə ərzində hərbçilərimizə dəstək məqsədilə Türkiyədən 9 min ədəd xüsusi termal geyimlər gətirib.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Referans Pharmaceuticals" şirkətinin maliyyə direktoru Zümrüd Hacıyeva deyib.

Onun sözlərinə görə, bundan əlavə, ayrı-ayrılıqda iç geyimləri, corablar, əlcəklər gətirilib: "Şirkətin işçi heyəti olaraq biz bu geyimləri bir-bir dəstləşdirmişik. Hətta övladı olan əməkdaşlarımızın uşaqları ürək sözlərini yazaraq bu dəstlərin içərisinə yerləşdirib. İnanırıq ki, onlar bu əlyazmaları oxuyanda bir istilik, doğmalıq hiss edəcəklər".

Z.Hacıyeva bildirib ki, bu geyim dəstlərindən əlavə olaraq həkimlər üçün 10 min ədəd cərrahi xalatlar, yaralıları daşımaq üçün xərəklər gətirilib:

"Biz mütəmadi olaraq ehtiyacları araşdırırq, nəyə tələbat varsa, ləvazimatları, dərmanları, geyimləri onlara göndəririk. Nəyə ehtiyac olarsa, göndərməyə, yardım etməyə hazırıq!

Prezidentimizin, Ordumuzun, dövlətimizin yanındayıq. Bu yardımları hazırlayarkən də çox böyük qürur hissi keçirirdik ki, biz cəbhə üçün, ordumuz üçün nəsə elədik".

Tarix
2020.10.28 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycanla AB arasında münasibətlərdə yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla