Yuxarı

Bərdə təxribatı: ölənlər arasında FHN əməkdaşı da var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mülki əhali arasında xidmət aparan bir FHN əməkdaşı raket atəşi nəticəsində həlak olub, biri isə ağır yaralanıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Xəbər verildiyi kimi, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Naziriyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Tarix
2020.10.28 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla