Yuxarı

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuad Oqtayı və qardaş türk xalqını təbrik edib.

Baş nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

Tarix
2020.10.29 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla