Yuxarı

Nazir vətəndaşlarla danışdı: Qələbəyə doğru inamla...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir vətəndaşlarla danışdı: Qələbəyə doğru inamla...

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.

İşğaldan azad olunmuş rayonların qəbulda iştirak edən sakinləri dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədiklərini bildirərək onlara yaşatdığı hədsiz sevinc və qürur hisslərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2020.10.29 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla