Yuxarı

Tiflisdə izdihamlı mitinq keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə izdihamlı mitinq keçirildi - Foto

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyası və “Birləşmiş Müxalifət” Birliyi oktyabrın 29-da paytaxt Tiflisdə “Bidzina ilə vidalaşaq!” şüarı altında kütləvi aksiya keçirib.

Axar.az xəbər verir ki, aksiya şəhərin Respublika meydanından Azadlıq meydanına doğru yürüşlə başlayıb.

Azadlıq meydanında parlament seçkiləri öncəsi keçirilən son mitinqə müxalifətin bölgələrdən olan minlərlə tərəfdarları da qoşulub.

Mitinqdə çıxış edənlər bildiriblər ki, aksiya hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının rəhbəri Bidzina İvanişviliyə xəbərdarlıq məqsədi daşıyır.

Onlar seçkilərin nəticələrinin saxtalaşdırılacağı halda paytaxtda və ölkənin bütün regionlarında daha izdihamlı aksiyaların keçiriləcəyini bildiriblər.

Aksiyada tibbi maskadan istifadə olunub və sosial məsafə qaydalarına qismən əməl edilib.

Tarix
2020.10.30 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla