Yuxarı

Biz ənənəvi təhsilin tərəfdarıyıq, lakin... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz ənənəvi təhsilin tərəfdarıyıq, lakin... - Nazir

Artıq 7-8 aydır ki, pandemiya ilə yaşayırıq. Doğrudur, son günlər yoluxma sayı artıb. Lakin artım sürətini müqayisə etsək, ümumilikdə azalma müşahidə olunur.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

"Bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın davranışı vacibdir. İş yerləri, ictimai nəqliyyat, ailədaxili yoluxmalar xəstəliyin artmasında ən çox rol oynayan amillərdir. Biz hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik. Bu gün davranışı dəyişməyə başlayırıqsa, 10 gün sonra daha yaxşı vəziyyətlə qarşılaşa bilərik. Təbii ki, biz ənənəvi təhsilin tərəfdarıyıq. Lakin bizim üçün əsas olan insanların sağlamlığıdır və bu bir insandan asılı deyil. Ola bilər ki, kimsə maska taxmayanda düşünür ki, təhsillə heç bir əlaqəsi yoxdur. Nəzərə alaq ki, virus görünmür və hər kəs bir-birini yoluxdura bilir. Xalqımız üçün şanlı tarixin yazıldığı, böyük məsələlərin həll olunduğu dövrdə üzərimizə düşən vəzifə qoyulmuş qaydalara əməl etməkdir", - nazir bildirib.

Tarix
2020.10.30 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla