Yuxarı

Ekspert “MakDonalds”ın boykotuna qarşı çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert “MakDonalds”ın boykotuna qarşı çıxdı

Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən “MakDonalds” şəbəkəsinin boykot edilməsini doğru hesab etmirəm.

Bu fikirləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli “MakDonalds”ın Azərbaycandakı filialının İnstaqram səhifəsində Qarabağ müharibəsi mövzusunda paylaşmaların silinməsindən sonra sosial seqmentdə boykot edilməsi haqda danışarkən deyib.

“Bu doğru addım deyil, çünki böyük şəbəkələrin əksəriyyəti “fransıza” müqavilələri ilə Azərbaycanda işləyir. Orada fəaliyyət göstərən insanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Hətta bəzi yerli aqrar sahədə çalışan fermerlərdən məhsullar da alınır. Ümumilikdə Azərbaycan iqtisadiyyatına xeyri var, çünki həm iş yerləri yaranıb, həm vergi ödəyiciləridir. Bu tipli şəbəkələr il ərzində milyonlarla manat vergi ödəyir. Ona görə də bu cür boykot çağırılarını doğru saymıram. Əlbəttə, əgər hansısa bir şirkət, beynəlxalq şəbəkə siyasi məsələlərdə haqsız münasibət göstərirsə, buna etiraz bildirmək lazımdır. Amma bunun yolları var: yəni onlara birbaşa müraciət, xarici tərəfdaşları ilə bağlı ümumi məlumat və yaxud da rəqiblərinə bu məlumatın verilməsi və s. Çünki biznes dünyası fərqli işləyir.

Anlayıram, insanların vətənpərvərlik hissləri, Ordumuzun qələbələri bizi çox ruhlandırıb. Əminəm ki, tam qələbə ilə Ermənistanın işğalçı ordusunu torpağımızdan qovub çıxaracağıq və məsələsi bitəcək. Amma iqtisadi məsələlərdə daha həssas davranmalıyıq”.

Tarix
2020.10.30 / 14:06
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla