Yuxarı

Tarixçidən şok faktlar: Azıxda qazıntılar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycan xalqının əsrlər boyunca yaratdığı, müasir dövrdə isə bütün bəşəriyyətin tarixi mədəni irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkətləri törədiblər.

Kult.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Alim bildirib ki, abidələrə qarşı təcavüz əsasən üç istiqamətdə aparılıb:

“Ermənilər o ərazilərdəki azərbaycanlılara məxsus müsəlman dini-tarixi abidələri ya dağıdıblar, ya da qonşuluqda yaşayan digər xalqların maddi irsi kimi qələmə verməyə çalışıblar. Xristian albanlara və qıpçaqlara məxsus kilsə və vənglərin üzərində isə “düzəlişlər” etməklə onları erməniləşdiriblər. Ermənilər tərəfindən “erməniləşdirilməyə” məruz qalan alban xristian abidələri sırasında Laçın rayonunun Kosalar kəndi yaxınlığında yerləşən Ağoğlan məbədinin adı xüsusi qeyd edilməlidir. Tədqiqatlar göstərir ki, 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən müxtəlif erməni terror-siyasi təşkilatlarının ianələri hesabına məbədin üzərində xeyli işlər aparılıb. Abidənin üzərinə təmir etmək bəhanəsi ilə erməni dilində yazıların yazıldığı 20-dən artıq daş lövhə yerləşdirilib”.

Elnur Kəlbizadə qeyd edib ki, Gəncəsər monastrı (XIII əsr) daxilində işğaldan sonra boyama işləri aparılıb:

“Həmin abidəyə də ermənicə yazılar həkk olunub. Abidənin xarici divarlarındakı alban izlərinin silinməsi üçün isə onun üzəri daş piltələrlə örtülüb. Bu vandalizm aktına hətta bir sıra ermənilərin özləri də etiraz edib. 2013-cü ilin iyununda bununla bağlı 350 nəfər erməni Ermənistan rəhbərliyinə müraciət ünvanlayıb. Quruçay dərəsində yerləşən və ümumilikdə insanlığın ilk başlanğıc nöqtələrindən sayılan Azıx mağarasında aparılan “tədqiqatlar” və qazıntılar ermənilərin məqsədli şəkildə törətdikləri vandalizm hərəkatlarının bir hissəsidir. Bu tarixi abidədə aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlanılıb. İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji “ekspedisiyalar” Azıx mağarasında qazıntı işlərinə cəlb edilib. 300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilib. Eyni zamanda müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb”.

Fəlsəfə doktoru əlavə edib ki, Ermənistan vandalizm hərəkətlərini gizlətmək üçün bir çox məkrli addımlar da atır:

“Bu addımlardan biri də açıq-aşkar sıradan çıxarılması mümkün olmayan Azərbaycan məscidlərinin və abidələrinin digər xalqların maddi-mədəni irs nümunələri kimi təqdim etməyə çalışmalarıdır".

Tarix
2020.10.31 / 20:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla