Yuxarı

Hamımız Azərbaycanın yanındayıq! - Torontoda aksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamımız Azərbaycanın yanındayıq! - Torontoda aksiya

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Hamımız Azərbaycanın yanındayıq!” şüarı ilə həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, Ontario əyalətində, parlament binasının qarşısında Torontoda yaşayan azərbaycanlı qadınlarının iştirakı ilə təşkil olunan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiya iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!”, “Bərdə şəhəri münaqişə zonasından kənardadır!” kimi şüarlar yazılmış plakatlar daşıyıblar. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.

Sonda Ontariodakı azərbaycanlı analar adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.

Tarix
2020.10.31 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla