Yuxarı

Öldürülüb yandırılan polisin ailəsi danışdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətlə yetirilərək yandırılan İmişli Rayon Polis Şöbəsinin əməkdaşının ölümünün təfərrüatı açıqlanıb.

Axar.az xəbər verir ki, 1988-ci il təvəllüdlü mərhum Muxtar Kazımovun yaxınları həmkarı tərəfindən öldürülən gəncin cinayətində başqalarının iştirakını iddia ediblər.

Onlar deyiblər ki, M.Kazımovu iş yoldaşı Ravil İbayev öldürüb. Həmçinin iddia edirlər ki, o, cinayəti tək törətməyib. Musavat.com-a geniş danışan mərhum polisin anası Tahirə Kazımova bunları deyib:

"Özü də etiraf edir ki, əvvəldən bıçaq, sellofan və idman çantası alıb. Bunları ona görə alıb ki, oğlumu öldürsün və sonra sellofana büküb çantaya qoyub aparıb gizlətsin. Yalandan deyir ki, guya oğlumu tamah məqsədi ilə öldürüb. Buna inanmıram.

Ona görə ki, Ravilin atası Nuruşun milyonları var. Onun bir neçə daş karxanası, çoxlu yük daşıyan "KamAZ"ı və başqa obyektləri var. Oğlunu Polis Akademiyasına qoydurub. Bakıda 4-5 yerdə evi, oğlunun, özünün, qızlarının hər birinin maşınları var.

Belə bir adamın oğlu hansısa 15 min manata görə belə amansız qətl törətməz. Bu işin altında başqa məqamlar var. O, cinayəti kimlərləsə məsləhətləşərək törədib".

***

Bacısı Əfsanə Məmmədli: "İfadəsində bildirib ki, onu boynundan, ürəyindən və qabırğasından bıçaqla vurub. Yerə yıxılandan sonra Muxtar Ravilə deyib ki, pulları götür, məni xəstəxanaya çatdır.

Ravil pulları götürüb, amma qardaşımı xəstəxanaya çatdırmayıb. Paltarlarındakı qanı yuyub, ütüləyib və qardaşımın meyitini əvvəlcədən aldığı idman çantasına yerləşdirmək istəyib.

Görüb ki, alınmır. Evdən çıxıb, yaxınlıqdakı "moyka"ya gedib. Orda işləyən bir yeniyetmə oğlana deyib ki, ona bir iri sandıq tapsın. Sandığa evdəki maşın ehtiyat hissələrini yığacaq.

O da tapıb. Ravil maşın yuyanın köməyi ilə qardaşımın meyiti olan sandığı 8-ci mərtəbədən endirib və Hövsana aparıb. Orada üstünə benzin tökərək yandırıb".

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.05.07 / 21:03
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla