Yuxarı

Sevgilisini qətlə yetirən gəncin vəkilindən açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində qətl baş verib.

Axar.az yazır ki, mayın 4-dən 5-nə keçən şəhərin Rəsul Rza küçəsində oğlan sevgilisini öldürüb. Ukraynanın Xarkov şəhərindən gələn 26 yaşlı Elnur Hümbətov 1989-cu il təvəllüdlü İlahə Ağayevanı bıçaqla qətlə yetirib.

E.Hümbətovun vəkili faciənin bəzi detallarını Day.az saytına danışıb. Elnur öz ifadəsində İlahə ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. Onların münasibətləri virtualdan reala keçib. Görüş zamanı İlahə bundan sonra yalnız onunla görüşəcəyinə vəd verib. Elnur İlahəyə iki ədəd mobil telefon alıb, gündəlik xərclərini ödəyib. Günlərin birində İlahə iş tapdığını söyləyib. İşin detalları ilə bağlı bir nəfərlə görüşməli olduğunu bildirib. Görüş günü Elnur qıza zəng edəndə, o, 1-2 saata boşalacağını və özü əlaqə saxlayacağını deyib. Bu müddət ərzində Elnur bir neçə dəfə zəng vursa da, İlahə zənglərə cavab verməyib. Bu vaxt Elnur İlahəyə mesaj yazaraq evlərinə gəldiyini qeyd edib. İlahə isə cavabında boşalan kimi zəng vuracağını növbəti dəfə yazıb.

Bu yazışmadan sonra Elnur İlahəgilin həyətinə gələrək qızı gözləyib. Qız həyətə görüşməli olduğu kişinin maşını ilə gəlib. Elnur ona yaxınlaşıb və birlikdə mənzilə qalxıblar. İlahə deyib ki, tapdığı iş restorandadır. 15 gün restoranda işləyəcək, qalan 15 günü isə iş sahibinin evində qalacaq. Bu şərtləri eşidən Elnur qızla mübahisəyə başlayıb. O, bıçaq götürərək qızı vurub. Sonra qızı belə vəziyyətdə qoyaraq evdən çıxıb. Elnur ifadəsində bildirib ki, qətli törədərkən affekt halında olub, öldürmək niyyəti olmayıb.

Tarix
2015.05.08 / 00:05
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla