Ana səhifə Toplum |
09:42
Azərbaycanın Göyçay şəhərində yanğın hadisəsi nəticəsində ata və iki övladı yanaraq ölüb.
Report-un xəbərinə görə, hadisə səhərə yaxın, saat 04:00 radələrində şəhərin Ziya Bünyadov küçəsində baş verib.
Belə ki, Əhmədova Xəyalə Laçın qızına məxsus evdə onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, övladları - 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı və 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu yanaraq ölüb. X.Əhmədova isə yanğından xilas ola bilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən
maşınları gəlib. Yanğın söndürülüb.
Hadisə nəticəsində emumi ərazisi 70 kvadratmetr olan evin iki otağı
tamamilə yanıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi Göyçay şəhərində baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Axar.az FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Yanğının zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2015.05.08 / 11:47
|
Müəllif
Axar.az
|