Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2019


Ramil Usubov 42 polisi mükafatlandırdı: filmə baxdı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyində ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq ümummilli liderimizin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri olduğunu xatırladıb, ulu öndərin 92-ci ildönümünə həsr olunmuş tədbirlərin nəinki ölkəmizdə, eləcə də bir çox xarici dövlətlərdə böyük ehtiramla qeyd olunduğunu vurğulayıb.

Onun təklifi ilə mərasim iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra cənab Ramil Usubov Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin xilaskarı, əvəzsiz tarixi və dahi şəxsiyyət - ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, milli dövlətçilik strategiyası, daxili işlər orqanlarına diqqət və qayğısı, həmçinin onun rəhbərliyi ilə aparılan islahatlar barədə geniş məruzə ilə çıxış edib. Məruzəçi deyib ki, 1969-cu ildə Heydər Əliyev respublikaya rəhbər seçiləndə Azərbaycan keçmiş ittifaqda əksər göstəricilərə görə sonuncu yerlərdən birini tuturdu. Məhz onun respublikamıza rəhbərlik etdiyi 14 ildə ölkəmiz keçmiş SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Ümummilli liderimiz həmin dövrün məlum çətinliklərinə, maneələrə və sovet ideologiyasının təzyiqlərinə rəğmən, xalqımıza öz milli ruhunu qaytardı, onu tərəqqi və inkişaf yoluna çıxardı. Dağlıq Qarabağ azərbaycanlıları da özlərini dədə-baba yurdlarının əsl sahibi kimi hiss etməyə başladılar.

Həmin illərdə vilayətdəki azərbaycanlıların say tərkibi təqribən iki dəfə artdı, bölgədə sosial-iqtisadi sahədə böyük uğurlar əldə olundu, mühüm infrastrukturlar yaradıldı. Məhz ulu öndərin şəxsi nəzarəti, vəziyyətə birbaşa müdaxiləsi, apardığı siyasi, diplomatik tədbirlər sayəsində Azərbaycana rəhbərlik etdiyi müddətdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər. Yalnız 1987-ci ildə Heydər Əliyevin yüksək vəzifələrdən uzaqlaşdırılması ilə separatçı qüvvələr hərəkətə keçdi. Ermənipərəst Qorbaçovun və onun əlaltılarının 1990-cı ilin yanvar qırğını törətdiyi faciəli günlərdə də Heydər Əliyev öz xalqı ilə bir yerdə idi. Məhz onun haqq səsi xalqın qəzəbini və nifrətini dünyaya çatdırdı, bədnam sovet rəhbərliyinin məkrli və ikiüzlü siyasətini ifşa etdi.

General-polkovnik Ramil Usubov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaotik vəziyyətdən, hakimiyyətdəkilərin səriştəsizliyindən istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətraf rayonların işğal etdi, yüz minlərlə insanı öz ata-baba yurdlarından didərgin saldı. Belə bir çətin şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu öz müqəddəratının, gələcək taleyinin həllini iradəsinə, qətiyyətinə, təşkilatçılıq bacarığına, Vətənə bağlılığına dərindən bələd olduğu qüdrətli Heydər Əliyevdə görərək onu təkidlə respublika rəhbərliyinə dəvət etdi.

Qeyd olunub ki, ümummilli liderimizin gördüyü qətiyyətli tədbirlər nəticəsində cəmiyyət həyatının bütün sahələrində ciddi dönüşə nail olundu, o cümlədən cinayətkarlıqla mübarizənin gücləndirilməsi, hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə kriminogen durumun nəzarətə alınması sahəsində qəbul etdiyi qərarlar, bu mühüm məsələlərin icrasına birbaşa nəzarəti və rəhbərliyi sayəsində ölkədəki hərc-mərcliyə, özbaşınalığa son qoyuldu. Hüquq-mühafizə orqanlarının fəaliyyətini xalqa və dövlətə xidmət üçün səfərbər edən ümummilli lider nəticədə bu mühüm, vacib sahədə də qarşıya qoyduğu məqsədə çatdı. Daxili işlər orqanları və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar öz Prezidentinin inamını doğrultdu və ölkədə uğurla həyata keçirilən quruculuq işlərinin və demokratik islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu.

Nazir xüsusilə vurğulayıb ki, Heydər Əliyev fenomeninin nəhəngliyi onun təkcə dövrünün qayğı və problemləri ilə yaşamaması, zamanı qabaqlayaraq çox-çox irəlini görməsi, gələcəkdə ölkəni uğurla idarə edə biləcək lider yetişdirməsindədir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kursu xalqımız tam dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən möhtərəm İlham Əliyevə etibar edib. Zati-alilərinin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində böyük uğurlar əldə edilib, xalqımız və dövlətimiz üçün, sözün əsl mənasında, taleyüklü sayılan, həyat əhəmiyyətli layihələr reallaşıb. Daxili işlər orqanları da ali diqqət və qayğı ilə əhatə olunub, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi, orqan və hissələrin maddi-texniki təminatının, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması kimi vacib məsələlər möhtərəm Prezidentimizin şəxsi nəzarətindədir.

Cənab Ramil Usubov bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin dönə-dönə öyrəniləcəyini, əsasını qoyduğu Azərbaycanşılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib və bildirib ki, ən böyük qazancımız ümummilli liderin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsidir.

Daha sonra nazir əsası ulu öndər tərəfindən qoyulmuş daha bir ənənənin - fərqlənmiş əməkdaşların mükafatlandırılmasının da möhtərəm dövlət başçımız tərəfindən davam etdirildiyini, ötən il polisin peşə bayramı ərəfəsində imzaladığı sərəncamlarla 42 əməkdaşın təltif olunduğunu xatırladaraq, yüksək dövlət mükafatlarının sahiblərinə verilməsi üçün ümummilli liderin anadan olmasının ildönümü gününün təsadüfən seçilmədiyini, bu təqdimatın fərqlənən əməkdaşların üzərinə daha böyük məsuliyyət qoyduğunu vurğulayıb, ali diqqət və qayğıya görə bir daha ölkə Prezidentinə minnətdarlığını bildirib.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov təltif olunmuş əməkdaşların siyahısını elan edib.

Daxili İşlər naziri mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, onlara ulu öndərin ideallarına, dövlətçiliyə sədaqətlə, Vətənə məhəbbətlə xidmət etməyi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyə edib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən, Azərbaycan Televiziyasının istehsalı olan "Vətənə, xalqa həsr edilən ömür" adlı sənədli filmə baxıblar.

Tarix
2015.05.08 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kürdəmir silkələndi - Zəlzələ

İlham Əliyev Mehman Hüseynovla bağlı tapşırıq verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Babək prospektindəki təmir başa çatdı - Foto

Hidayət Abdullayev qohumunu yanına apardı – Təyinat

BNA havaya görə sürücülərə müraciət etdi

Şəkidə ağır qəza: ölən və yaralanan var

Mehman İlham Əliyevə müraciət etdi - Mətn

Cahangir Hacıyev dövlətin vəkilindən imtina etdi

Səməd Seyidov yenidən vitse-prezident seçildi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla