Yuxarı

Səlim Müslümovun işçiləri nə qədər maaş alır? – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə dövlət qurumlarında çalışan məmurların maaşları Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq mütəmadi şəkildə artırılır. Bir çox hallarda nazir və deputatların maaşı mediada işıqlandırılsa da, ikinci sinif məmurların məvacibi ictimaiyyətə qaranlıq qalır.

Axar.az ölkədə işsizlik ilə mübarizə aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin maaş miqdarını tədim edir.

İlk növbədə onu bildirək ki, nazirliyin rəsmi saytında bu barədə məlumat verilib və göstərilən rəqəmlərin digər qurumlarla müqayisədə elə də ciddi fərqi yoxdur. Məsələn, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev 1010 manat, müavini Oqtay İbrahimov isə 940 manat maaş alır. Nazir koməkçisi İqbal Hacıyev bir qədər az – 730 manat, Təminedici şöbənin müdiri 890 manat, Təminedici şöbənin müdir müavini 770 manat, Yardımçı şöbənin müdiri 780 manat, Sektor müdiri isə 620 manat məvacib alır. Ümumilikdə isə Baş Məsləhətçi-mütəxəssis vəzifələri arasında maaş bölgüsü 200-540 manat arası dəyişir.

Nazirliyin yerli orqanları üzrə vəzifə maaşları isə bir qədər azdır. Bölgələrdə direktor 420 manat, müavinləri 370 manat, Sektor müdiri 300, Baş məsləhətçi isə 275 manat maaş alır. Aparıcı mütəxəssis-Böyük məsləhətçi vəzifələrində çalışanlar isə müvafiq olaraq – 155-275 manat maaş alır.

Tarix
2015.05.08 / 14:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla