Yuxarı

Bakıda beynəlxalq nəqliyyat sərgisi keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də "Baku Expo Center"də XIV Beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian-2015) sərgisi işə başlayır. "TransCaspian" sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, habelə tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün daşımaların ən optimal variantlarının müəyyənləşdirilməsinə şərait yaradır.

Report xəbər verir ki, "TransCaspian-2015" sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər təqdim olunacaq. Hələlik isə sərginin iştirakçıları arasında "Access Trans", "Alstom Transport", "Auto Lift GmbH.", "Liebherr", "Stadler Rail Management AG", "Trans Caucas Terminals", Qomel Vaqonqayırma Zavodu, "Pervaya Lokomotivnaya Kompaniya", Ural Vaqon Zavodu, "Transmaş" (Moskva) zavodu və bir çox digər müəssisələr var. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də iştirak edəcək. Həmçinin, sərginin ekspozisiyasında dəniz və quru daşımaları, limanlar və liman avadanlığı, dəmiryol nəqliyyatı, məlumat sistemləri və kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunacaq. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan "Stadler Rail Management AG" şirkəti isə "TransCaspian" sərgisinin sponsoru qismində çıxış edir.

Mayın 14-dək davam edəcək "TransСaspian-2015" sərgisinin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edir.

"TransCaspian-2015" sərgisi mövcud əlaqələrin genişləndirilməsi ilə yanaşı, səmərəli və qarşılıqlı faydalı yeni əlaqələrin qurulması, habelə perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaradacaq", - deyə "Iteca Caspian"dan bildirilib.

"TransCaspian" sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. "TransCaspian" sərgisi V Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgisi ilə eyni meydançada keçiriləcək.

Tarix
2015.05.08 / 16:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla