Yuxarı

APU-da tələbələrin etirazı hələ nəticə verməyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
APU-da tələbələrin etirazı hələ nəticə verməyib

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ali məktəbin həyətində etiraz aksiyası keçirməsinə səbəb olan məsələlər hələ də öz həllini tapmayıb. "Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov bildirib ki, bu gündən başlayaraq 3 gün ərzində universitetin rektoru Yusif Məmmədov ali məktəbdə yaranan narazılıqlarla əlaqədar müxtəlif fakültələrin tələbələri ilə görüşəcək.

M.Cəbrayılov qeyd edib ki, görüşlərdən sonra tələbələrin təklifləri Təhsil Nazirliyi ilə birgə müzakirə ediləcək və bütün fikirlər nəzərə alınaraq yekun qərar qəbul ediləcək. ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev isə açıqlamasında bildirib ki, hazırda imtahanlarla bağlı yekun qərar qəbul edilməyib: "Bununla bağlı müəyyən bir forma tam dəqiqləşdirilir. Məsələ bütün hallarda tələblərin xeyrinə, aşkarlıq şəraitində, obyektiv şəkildə və heç kəsin marağına toxunmadan həll ediləcək. Hazırda Təhsil Nazirliyi ilə də müvafiq danışıqlar aparılır".

Tarix
2013.10.23 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla