Yuxarı

Ermənilər bunu da etdi: evsiz gəldi, evlə getdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bunu da etdi: evsiz gəldi, evlə getdi - Video

18:34

Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarımızı tərk edən mənfur qonşularımız əllərinə keçən bütün əşyaları maşınlara yükləyib daşıyırlar.

Axar.az xəbər verir ki, Qarabağdan qaçan ermənilər evləri belə yerli-dibli çıxararaq yük maşınlarında Ermənistana aparırlar. Erməni vandalları təbii ki, bununla da öz xislətlərini nümayiş etdirirlər. “Assoşeyted Press”in fotomüxbirinin noyabrın 18-də çəkdiyi bu kadr ermənilərin həyasızlığının daha bir nümunəsidir.

Hələ bu harasıdır? Ötən günlərdə xarici saytlarda yayımlanan videokadrlarda abır-həyasını itirmiş hayların evdəki unitazları da ikiəlli yapışaraq daşıdıqlarının şahidi olduq. Heç şübhəsiz ki, unitazlar onlara getdikləri yerdə daha lazımlı olacaq.

Dünyaya özlərini əzabkeş kimi qələmə verən ermənilər qaçhaqaçda qədim Azərbaycan torpaqlarının fauna və florasını məhv etməyi, meşələrimizi yandırmağı da unutmadılar. Bu azmış kimi, yaşadıqları ərazidə uzun illər istifadə etdikləri heyvanlara da qənim kəsildilər. Mal-qaranın bir qismini maşınlara yükləyən rəzil ermənilər yazıq eşşəklərə rəhm etməyərək qanlarına qəltan etdilər. Nədənsə maşında onlara yer tapmayaraq sözün əsl mənasında genosidə uğratdılar. Yəqin fikirləşiblər ki, Ermənistanda uzunqulaqlardan çoxdur.

Bəzi siyasi analitiklərin fikrincə, bu hadisələr həm də onu göstərir ki, haylar bir daha qədim Azərbaycan torpaqlarına dönməyəcəklərindən əmindirlər.

Tarix
2020.11.19 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla