Yuxarı

Ağdamın qızıl kimi sərvəti: xüsusi töhfə verəcək - İqtisadçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamın qızıl kimi sərvəti: xüsusi töhfə verəcək - İqtisadçı

Müzəffər Azərbaycan Ordusu Aran Qarabağın ən böyük rayonu olan Ağdama daxil olub. Qələbəmiz və uğurlarımız davamlı, gözümüz aydın olsun.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O bildirib ki, ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir:

“İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi.

İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam rayonunun torpaqlarının 92 faizi əkin üçün yararlıdır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istehsal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb.

Artıq işğaldan azad olunan Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur.

Ötən əsrin 90-cı illərində Ağdam uğrunda gedən döyüşlərdə 6 minə yaxın vətəndaşımız şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Tarix
2020.11.20 / 14:57
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla