Yuxarı

Türk rektordan şəhidlərimizlə bağlı xeyirxah addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk rektordan şəhidlərimizlə bağlı xeyirxah addım

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva respublikamızda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə əbədi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına diqqət çəkilib, qardaşlıq bağlarının möhkəmlənməsində ziyalıların, elm və mədəniyyət xadimlərinin rolundan danışılıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi günlərində, eləcə də müharibədən öncə və sonrakı dövrdə Türkiyənin Azərbaycana əvəzsiz mənəvi və siyasi dəstəyi qardaşlıq tariximizin qızıl səhifələrini təşkil edir.

Görüşdə Nişantaşı Universitetinin rektoru Şenay Yalçın 20 azərbaycanlı şəhid ailəsi üzvünə təqaüd ayırmaq barədə qərar qəbul etdiklərini bildirib. Qənirə Paşayeva bu qərara görə çox təşəkkür edib.

Bundan başqa, Qənirə Paşayeva Ş.Yalçının Türkiyə-Azərbaycan ortaq tarixi mövzusunda virtual konfrans keçirmək və konfransda məruzə ilə çıxış etmək təklifini məmnuniyyətlə qəbul edib.

Tarix
2020.11.20 / 17:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla