Yuxarı

Ağdamlılar o günü gözləyir: Böyük sevinc... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamlılar o günü gözləyir: Böyük sevinc... - Video

Bu gün Ağdamın işğaldan azad olunması xəbəri 27 ildir ki, Göyçayda məcburi köçkün kimi yaşayan Ağdam sakinlərinin böyük sevincinə səbəb olub.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, Azadovlar ailəsi uzun müddət bu günü səbirsizliklə gözləyib. Onlar həm də şəhid ailəsidirlər. Ağdam sakini olan, şəhid anası Şərafət Cəmil qızı Azadova deyir ki, bu gün onlar üçün unudulmaz və tarixi günlərdən biridir. Bunun üçün o, bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

Onun oğlu İlham Azadov 1967-ci ildə Ağdamın Seyidli kəndində anadan olub. 1992-ci il də Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə rayonun Qazançı kəndində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin qardaşı Rəhman Azadov qeyd edib ki, onun qardaşının şəhid olmasından sonra Ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. R.Azadovun sözlərinə görə, o, tez bir zamanda Ağdama geri dönəcəyi və illərdir o torpaqlarda uyuyan şəhid qardaşının məzarını ziyarət edəcəyi günü gözləyir. Bu illər ərzində onun anası və bütün ailə üzvləri bu həsrətlə yaşayıb.

Tarix
2020.11.20 / 20:46
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla