Yuxarı

Xüsusi karantin rejimi buna görə uzadıldı - Baş infeksionist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xüsusi karantin rejimi buna görə uzadıldı - Baş infeksionist

Azərbaycanda gündəlik yoluxma sayının artması xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb olub.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, yoluxma sayının artması həm təbii səbəblər, həm də insanların münasibəti ilə bağlıdır.

Baş infeksionist əlavə edib ki, yoluxma sayındakı artım oktyabrın ortalarından müşahidə edilməyə başlanılıb. Artıq bir aydan çoxdur ki, Azərbaycanda bu mənfi dinamikanın izlənildiyini deyən T.Eyvazov qeyd edib ki, kəskin respirator virus infeksiyalarına mövsümülük xas olsa da, bunu hələlik koronavirus haqqında tam olaraq, demək mümkün deyil:

"Ancaq hər halda biz bunu görürük ki, fəsillərin dəyişməsi ilə əlaqədar yoluxma sayında artım müşahidə edilir. Əgər hava soyuduqca yoluxma sayında artım müşahidə edilirsə, demək burada bir qanunauyğunluq var".

Tarix
2020.11.21 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla