Yuxarı

Qarabağda 63 məscid dağıdılıb: həyasızlıqdır - Muhetdinov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda 63 məscid dağıdılıb: həyasızlıqdır - Muhetdinov

Müsəlman abidələrinin təhqir və məhv edilməsinə göz yumaraq yalnız Dağlıq Qarabağdakı xristian kilsələrinin qorunmasını zəruri hesab etdiklərini tamamilə açıq şəkildə göstərən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, içərisində rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri olan bir qrup rusiyalı mədəniyyət xadimi UNESKO-ya müraciət ünvanlayaraq Qarabağ regionunun xristian mədəni, bədii və memarlıq irsi abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsini xahiş edib.

“O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zərər görmüş tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Qarabağın yüzlərlə müsəlman abidəsinin başına gələn mədəni fəlakətə tamamilə məhəl qoyulmadan mülkiyyəti Alban-Udin kilsəsi tərəfindən mübahisə predmetinə çevrilən kilsələrin potensial məhv edilməsinə dair eyhamları həyasızlıq kimi qiymətləndirərdim”, - o yazıb.

D.Muhetdinov vurğulayıb ki, obyektiv yanaşma ilə istənilən müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, çoxmədəniyyətli dövlət kimi göstərdiyini qeyd etməyə məcburdur. “Bakı dəfələrlə Dünya dini liderlərinin Sammitinin paytaxtı seçilib”, - o bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini UNESKO-nun Qarabağın tarixi irsinə diqqətini cəlb etmək faktını tamamilə düzgün hesab etdiyini söyləyib.

Tarix
2020.11.21 / 15:26
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

BƏƏ-nin ardınca daha 2 ərəb ölkəsi Qafqaza can atacaq

Azərbaycanda aramızda baş verənlərə inanmaq... - Paşinyan

Sülh hər bir kəsə lazımdır - Paşinyan

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə... - Video

Ermənistanla ticari münasibətlərimizi artırırıq - Prezident

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mükafatı almaq böyük şərəfdir - Əliyev

Ermənistan Azərbaycana mal ixrac edəcək

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla