Yuxarı

Ağdamda minə yaxın ağac əkildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda minə yaxın ağac əkildi

İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Axar.az-a bildirilib ki, nazirliyin Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.

Hər kəs Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb.

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsli ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib.

Xatırladaq ki, işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.

Tarix
2020.11.21 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla