Yuxarı

Deputatdan BTA prezidentinə dəyərli hədiyyə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Darxan Kıdırəli ilə Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, BTA prezidenti komitə sədrini Azərbaycanın tarixi zəfəri münasibətilə təbrik edib, Azərbaycana budəfəki səfərinin zəfər günlərinə düşməsindən çox şad olduğunu bildirib.

Görüşdə Qarabağın tarixi, dini və mədəniyyət abidələrinə, elm-təhsil müəssisələrinə qarşı işğalçı Ermənistanın törətdiyi barbarlıqdan danışılıb. Komitə sədri ilə BTA prezidenti bu kimi halların gerçək faktlar əsasında, əlaqədar beynəlxalq qurum və quruluşlara duyurulmasının vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycan-Qazaxıstan qardaşlığı, ümumən türk dünyasında mədəni, elmi və digər əməli fəaliyyət sahələri üzrə işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

BTA-nın Azərbaycanla bağlı həyata keçirdiyi layihələrdən, tədbirlərdən danışan D.Kıdırəli Əbdürəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəylinin Nur-Sultanda keçirilməsi planlaşdırılan (uyğun olaraq, 150, 135 illik) yubiley tədbirlərinin pandemiya səbəbi ilə ertələndiyini və artıq yubiley tədbirinin hər iki klassikə doğma olan Şuşa şəhərində keçirilməsini daha məqsədəuyğun saydıqlarını bildirib.

Daha sonra BTA prezidenti Azərbaycan yazarlarının Qarabağ hekayələrindən ibarət “İtirdiyim xoşbəxtlik” adlı antologiyanın ilk nüxsələrini komitə sədrinə təqdim edib.

Q.Paşayeva D.Kıdırəliyə bu qiymətli nəşr üçün çox təşəkkür edərək, qazax dilində çıxan Qarabağ hekayələrinin BTA-nın yayınları seriyasında özünəməxsus yer tutacağına, qazax oxucularının marağına səbəb olacağına inandığını bildirib.

D.Kıdırəli Q.Paşayevaya BTA-nın nəfis nəşrlərindən olan “Azərbaycan Cümhuriyyəti-100” kitab-albomunu, Q.Paşayeva isə qonağa “Mahmud Kaşqari Fondu” (MKF), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq nəşri olan “Abay. Şeirlər, Poemalar, Qara sözlər” kitabını və üzərində “Şuşa” yazılmış saat hədiyyə edib.

Görüşdə BTA prezidentinin müşaviri Füzuli Məcidli, Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, MKF-nin başqanı Elxan Zal və RHİMİB-in sədri Arzu Bağırova iştirak edib.

Tarix
2020.11.23 / 17:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla