Yuxarı

ANAMA 31 minanı zərərsizləşdirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il 20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 83 (səksən üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 8 (səkkiz) müraciət daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, daxil olmuş 91 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 16 ədəd partlamamış hərbi sursat (PHS), 27 ədəd tank əleyhinə mina, 2 ədəd tank əleyhinə minanın partladıcısı, 1 ədəd piyada əleyhinə mina, 2 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 31 ədəd mina və partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 72 355 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Tarix
2020.11.24 / 01:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla