Yuxarı

Rusiya Qarabağda niyə ev tikir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağda niyə ev tikir?

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardım göndərilib. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Qarabağda rus sülhməralılarının yerləşdirilməsindən sonra həyata keçirilən bu cür proseslər cəmiyyət arasında xoş qarşılanmayıb. Böyük kütlə “nəyə görə bu məsələlərə də Rusiya qarışmalıdır, niyə bununla Rusiya məşğuldur?!”, - deyə etiraz edir.

Bəs baş verən proseslər belə olmalıdırmı?

Axar.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Bakıpost.az-a açılamasında Rusiya FHN-nin Qarabağa humanitar yardım gətirməsinin beynəlxalq hüquq normalarına zidd olmadığını bildirib:

“Çünki sülhməramlı missiyasını öz üzərinə götürən hər bir tərəf həmin ərazidə işsiz, evsiz qalan və qida ehtiyacı olan insanlara humanitar yardım göstərmək hüququna malikdir. Bu məsələlər böyük ehtimalla Azərbaycan tərəfi ilə də əvvəlcədən razılaşdırılıb. Qeyd edim ki, eyni fəaliyyətləri Türkiyə Silahlı Qüvvələri də Suriyada icra edirlər. Yəni, Türkiyə hərbçiləri Suriyadan olan qaçqın və köçkünləri öz ərazilərinə qaytarmaq üçün həm sülhməramlı missiyasını yerinə yetirir, həm də humanitar yüklərin o yerlərə çatdırılmasını təmin edirlər”.

Ə.Verdiyev əlavə edib ki, Qarabağı minadan təmizləmək məqsədilə Rusiyadan gələn hərbçilərin yerinə yetirdiyi funksiya isə tamamilə normaldır:

“Çünki həmin ərazilərdə sülməramlılar öz vəzifələrini yerinə yetirmək üçün 30 il ərzində yığılıb qalan minaları, partlamamış sursatları zərərsizləşdirmək məcburiyyətindədirlər. Həmin ərazilər hazırda Rusiya sülhməramlılarının nəzarətində olduğu üçün bu ərazilərin təhlükəsizliyini təmin etmək də onların vəzifəsidir. Burda Azərbaycan xalqını narahat edəcək ciddi bir problem yoxdur”.

Tarix
2020.11.24 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla