Yuxarı

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub.

Axar.az xəbər verir ki, bunları Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək", - o qeyd edib.

"Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək", - deyə Vaqif Dərgahlı əlavə edib.

Tarix
2020.11.25 / 08:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla