Yuxarı

“Nar”dan həkimlərə dəstək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan həkimlərə dəstək...

“Nar” koronavirus (COVİD-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə dəstəyi göstərib.

Axar.az xəbər verir ki, mobil operator Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında virusa yoluxmuş insanların müalicəsi ilə məşğul olan bir sıra xəstəxanaların həkimlərinin nömrələrinin balansına 50 AZN yükləyəcək. Məqsəd tibb personalının koronavirus infeksiyasına yoluxmuş şəxslərlə və onların yaxınları ilə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Qeyd edək ki, bundan əvvəl də mobil operator virusla mübarizə aparan tibb personalının “Nar” nömrələrinin balansını artırıb. O cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. Xatırladaq ki, “Nar” koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra sosial layihələrdə iştirak edib. “Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2020.11.25 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla