Yuxarı

İrəvan 1 trilyondan çox təzminat verməlidir – Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan 1 trilyondan çox təzminat verməlidir – Səfir

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Axar.az xəbər verir ki, müsahibədə səfir Q.Osmanov tərəfindən ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayaraq məscidləri, məbədləri, qəbiristanlıqları, evləri və abidələri dağıtdıqları, Azərbaycanın təbii sərvətlərini oğurlayaraq Qarabağın meşələrini yandırdıqları və buna görə cavab verməli olduqları qeyd edilib. Bununla əlaqədar, Prezident İlham Əliyevin hərbi cinayət törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışını xatırladaraq düşmənin, həmçinin qiymətli metalları, xüsusən də qızılı Ermənistana daşıdığını bildirib.

Səfir müsahibəsində istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaşı bir sıra erməni cinayətkarların istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verildiyini dilə gətirib, İkinci Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarının 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda təzminatın məbləğinin 1 trilyon ABŞ dollarından çox olduğunu əminliklə ifadə edib.

Eyni zamanda, müsahibədə səfir Q.Osmanov Ermənistanın Azərbaycana borclu olduğunu Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyanın Moskva sülh sazişinə dair fikirlərində açıq şəkildə qeyd etdiyi diqqətə çatdırıb. Mütəxəssislərin fikirlərinə istinad edən səfir müsahibəsində Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsasəlanaraq təmin edilməsi istiqamətində işlər aparıldığını və məsələyə beynəlxalq qurumların cəlb edildiyini bildirib.

Tarix
2020.11.25 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla