Yuxarı

“İlham Əliyev ordeni” təsis edilsin – Zahid Oruc

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlham Əliyev ordeni” təsis edilsin – Zahid Oruc

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc “Xilaskar Sərkərdə” ordeninin təsis olunmasını təklif edib.

Axar.az xəbər verir ki, Z.Oruc Vətən müharibəsinin son 200 ildə bənzəri olmadığını bildirib.

“Biz 2 əsrlik tariximizdə qazanılan ən böyük Qələbəmizə Parlamentdə - xalqımızın iradəsinin ifadə olunduğu ən yüksək məclislərdən birində qiymət veririk. Bu hər birimiz üçün şərəf hadisəsidir. Dövlət başçısı hər zaman iftixarla və qürur hissi ilə qeyd olunacaq Qalibiyyətin gerçək qəhrəmanlarının əməyini qiymətləndirmək üçün təşəbbüslə çıxış edib. Millətimiz indi hər yerdə belə çağışların, hətta deyərdim, qanun quruculuğu prosesinin birbaşa iştirakçılarına çevriliblər. Digər tərəfdən, Ali Baş Komandanımız hamıdan birinci, əslində isə aktiv döyüş əməliyyatlarına bərabər tutulacaq addım ataraq ön cəbhəyə - azad olunan torpaqlarımıza səfəri zamanı bəyan etdiyi kimi, Müzəffər Ordumuzun qəhrəmanlığına dəyər verilməsi həm də düşmənin orden və medallarının onların sinələrindən qoparılması deməkdir. Prezident düşmənə dedi, “çıxarın atın o medalları”, - deputat qeyd edib.

Z.Oruc onu da bildirib ki, əgər biz Müqəddəs Savaşın ən böyük qaliblərini mükafatlandırarkən ümumxalq rəyini nəzərə alırıqsa, onda tam əminliklə Ali Baş Komandanın adı və təltifi ilə bağlı milyonlarla insanımızın vahid bir tələbi-istəyinə də ehtiramla yanaşmalıyıq:

“Çünki bu müharibənin son 200 ildə bənzəri olmayıb. Ona görə də XXI əsrin ordenləri sırasında “Azərbaycana xidmətə görə İlham Əliyev” ordeni və “Azərbaycan Dövlətinə xidmətə görə “Xilaskar Sərkərdə”, “Hünər və Fəxarət” ordeni variantına baxıla bilər”.

Tarix
2020.11.26 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla