Yuxarı

Bu korona xəstələri barəsində cinayət işi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu korona xəstələri barəsində cinayət işi başladı

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb.

Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.

Şamaxı RPŞ-nin İstintaq bölməsində həmin şəxslər barəsində cinayət işi başlanılıb.

Tarix
2020.11.26 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Məscidlərimiz Ermənistan tərəfindən təhqir olundu - Prezident

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla