Yuxarı

DİM beynəlxalq imtahanlarla bağlı statistikanı açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM beynəlxalq imtahanlarla bağlı statistikanı açıqladı

Dövlət İmtahan Mərkəzində (DİM) həftə ərzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan, informasiya texnologiyaları və rəqəmsal marketinq sahələrinə aid beynəlxalq imtahanlar təşkil olunub.

DİM-dən Axar.az-a bildirilib ki, ümumilikdə imtahanlarda 5 nəfər iştirak edib. Keçirilmiş imtahanların siyahısı Mərkəzin saytında yerləşdirilib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

“Pearson VUE”nun 100-dən çox professional imtahanı - hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)

“Pearson Test of English Academic” - hər həftənin çərşənbə axşamı (14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumatı Mərkəzin saytında əldə etmək mümkündür.

Tarix
2020.11.27 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla