Yuxarı

"Kanadalı azərbaycanlılar" nazirlə görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüblər.

Axar.az xəbər verir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə Kanadalı azərbaycanlıların fikirlərini Xarici işlər nazirinə çatdırmaq olub. Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandıb və müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırlması üçün səy göstərdiyini bildirib. O, eyni zamanda, Kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu bildirib.

Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montrealdan olan üzvləri iştirak ediblər. Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilən Füzuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılıb. Bundan əlavə işğaldan azad edilən ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub və intensiv görüşlər keçirib.

Tarix
2020.11.28 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla