Yuxarı

Bu şəxslər ətrafa təhlükə saçır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər ətrafa təhlükə saçır - Foto

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyini müəyyənləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbə sakini V.Babayev və Maşxan kənd sakini F.Babayevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymətin verilməsi üçün Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Qeyd edək ki, indiyədək Astara rayonunda yaşayış yerini tərk etmiş 5 nəfər COVİD-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.

Tarix
2020.11.29 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla