Axar.az
Yuxarı

Axar.Az Logo

Daşkəsəndə gizli işləyən 4 yeməkxana aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb.

Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən Kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Tarix
2020.11.29 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlik açıqladı: İnternet şəbəkəsi genişləndirilir

Şuşaya qar yağır - Foto

O, artıq təkcə sizin övladınız deyil... – Millət vəkili

Daha 210 ədəd mina zərərsizləşdirildi - Video

AP-də Qarabağla bağlı hesabat – Səsvermə başlayır

Bakıya sulu qar yağdı – Faktiki hava

Ermənilərdən Şuşa ilə bağlı növbəti həyasızlıq

YAŞAT daha 3 qazimizi əməliyyat etdirdi

Pərviz Şahbazov Bağdad Amreyevlə görüşdü

Kəlbəcərin Çopurlu kəndi - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla