Yuxarı

Ermənilər İsveçdə "Qarabağ" restoranını yandırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər İsveçdə "Qarabağ" restoranını yandırdı - Video

İsveçin Höteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb.

Axar.az Xeber.de-yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem-Qarabağ” restoranına "Molotov kokteyli" atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu bildirib ki, polis ona yanğından sonra məlumat verib:

“Mən əraziyə gəlib çatanda restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri "Molotov kokteyli" bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhrəmancasına şəhid olub.

O, keçmiş batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

Tarix
2020.11.30 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla