Yuxarı

Binəqədi icra başçısına yeni müavin təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəqədi icra başçısına yeni müavin təyin edildi

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Axar.az Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Sevinc Məmməd qızı Süleymanova Binəqədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib.

Qeyd edək ki, S.Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

O, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini işləyib. 2019-2020-ci illərdə Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Tarix
2020.11.30 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla