Yuxarı

İƏT baş katibi İlham Əliyevi təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT baş katibi İlham Əliyevi təbrik etdi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Axar.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın əlamətdar zəfəri və işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Zati-alinizə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlara uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib.

Bu xoş fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatı, onun əlaqədar qurumları və Azərbaycan Respublikası arasındakı sıx əməkdaşlığın Qarabağın əhalisinə və onların uzun müddətdir gözlədikləri ana yurda qayıdışlarına töhfə verəcəyinə əminliyimi bildirmək istəyirəm. Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Tarix
2020.12.01 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla