Yuxarı

Məşhur kəhrizlərimiz UNESKO siyahısına salına bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur kəhrizlərimiz UNESKO siyahısına salına bilər

Azərbaycan məşhur kəhrizlərin UNESKO-nun mədəni irs siyahısına salınması istiqamətində addımlar ata bilər.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranda UNESKO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycan kəhrizləri də dünyanın mədəni irs siyahısında qeydə alınmağa layiqdir. Çünki bu kəhrizlərin tarixi dəyərləri, mədəni və iqtisadi dəyərləri vardır:

“Azərbaycanın məşhur kəhrizləri mədəni irs siyahısında qeydə alınarsa, bu da Azərbaycan üçün bu sahədə daha bir uğur olacaqdır.

Azərbaycan kəhrizlərin qeydə alınması istiqamətində layihə hazırlaya bilər. Bu layihənin hazırlanması üçün Azərbaycan və digər ölkələrdən mütəxəssislər dəvət oluna bilər.

Belə ki, mütəxəssislər Azərbaycanın bir sıra tanınmış kəhrizləri haqda araşdırmalar apara, UNESKO-nun standartlarına uyğun lazımi məlumatları əldə edə və UNESKO-ya ünvanlaya bilərlər”.

Mərkəz rəsmisi qeyd edib ki, İranın bu sahədə təcrübəsi olduğunu nəzərə alaraq, İran Azərbaycan kəhrizlərinin UNESKO mədəni irs siyahısına salınmasında Azərbaycana köməklik göstərə bilər.

Ləbbaft Xaniki bildirib ki, indiyədək 2 ölkənin kəhrizləri UNESKO-nun mədəni irs siyahısında qeydə alınıb. Bunlar Omanın 5 və İranın 11 kəhrizidir.

Tarix
2020.12.01 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla