Yuxarı

Nazir dərslərin təşkilindəki problemlərdən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir dərslərin təşkilindəki problemlərdən danışdı

Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik.

Axar.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, onlayn təhsil tədrisin tamam başqa formatıdır:

“İlk gündən başa düşürdük ki, kompüter və internet problemi olacaq. Bu səbəbdən də teledərslər layihəsini seçdik. Zaman alsa da, teledərslər daha əlçatandır və orada ən bacarıqlı müəllimlər dərs deyir. Problem interaktivlə bağlıdır, yəni şagirdlər suallarını rahat verə bilmirlər. Böyük şəhərlərdə təxminən 74-75% təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”.

Əmrullayev xatırladıb ki, ölkədə 1 milyon 500 min şagird var: “Amma etiraf edək ki, Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq, əksinə bizim daha ciddi problemlərimiz olacaq. Odur ki, ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək”.

Tarix
2020.12.02 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla