Yuxarı

Hər bir evin qarşısına polis qoya bilmərik - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər bir evin qarşısına polis qoya bilmərik - DİN

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə aktiv koronavirus xəstələrinin sərbəst hərəkətinə icazə verilmir:

“COVID-19 xəstəliyi ilə əlaqədar analiz nəticələri pozitiv çıxan bütün şəxslərlə bağlı ərazi polis orqanlarına dərhal məlumat verilir. Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı, ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Ötən gün tərəfimizdən küçədə 27 nəfər COVID-19 xəstəsi müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Və bu şəxslər polis tərəfindən ictimai yerlərdə müəyyən olunub ki, onların ünsiyyətdə olduğu hər bir şəxs istintaq araşdırmaları zamanı yoxlanılacaqlar. Görünən odur ki, tək bir gündə 27 nəfərin məsuliyyətsiz davranışı, cəmiyyət üçün nə qədər təhlükəlidir. Hər bir evin qarşısına bir polis postu qoyula bilməz, dünyada belə təcrübə yoxdur. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir”.

Tarix
2020.12.03 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla