Yuxarı

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək.

Bu barədə Axar.az-a nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr bu tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.

Son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Tarix
2020.12.03 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla