Yuxarı

Qardaşı Aprel döyüşündə, özü isə Şuşada şəhid oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkisi də hərb sənəti seçməklə mənim arzularımı gerçək edib. Uşaqlıqdan hərb sənətinə marağım çox olub. Gələndə ikisinin də alnından öpərdim ki, arzularımı doğrultdunuz. Düşmən bilməməlidir ki, şəhid hərbçi anası bükülmür. Biz onlara göstərməliyik ki, igidlərin dalında igid durur.

Axar.az xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Masallıdan olan iki şəhid İntiqam və Nurlan qardaşlarının anası Ziba Əsgərova deyir.

Qardaşlardan biri Nurlan Əsgərov Aprel döyüşlərində şəhid olub. İntiqam Əsgərov isə budəfəki Vətən müharibəsində canından keçib. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. Nurlan snayper idi, düşmənin xeyli sayda qüvvəsini məhv edib. Döyüş meydanından cansız bədənini qardaşı İntiqam çıxarmışdı. Sonra yenidən döyüşə qayıtmışdı. İntiqam Əsgərov isə Vətən müharibəsində Şuşa uğrunda döyüşdə şəhid olub.

Şəhid atası Bayram Əsgərov da deyir ki, əsas ağrılı yeri Qarabağın işğal altında olması idi: "Torpaqlarımızı geri qaytarmağa nail olduq".

Tarix
2020.12.03 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla