Yuxarı

Karantində toy edən məşhur iş adamı imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində toy edən məşhur iş adamı imiş

Dünən Azərbaycanda baş tutan qalmaqallı toy məclisi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən təşkil edilibmiş.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib.

Amma dünən yayılan videogörüntülərin həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Çünki ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün isə Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilib ki, toyun təşkilatçısı, şadlıq evinin müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu saxlanılaraq inzibati qaydada 7 sutka həbs ediliblər. Lakin toy sahibi cərimə ilə yaxasını məsuliyyətdən qurtara bilib.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin qırx mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.

Tarix
2020.12.05 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla