Yuxarı

“Suqovuşan” elektrik stansiyalarından - Görüntülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Suqovuşan” elektrik stansiyalarından - Görüntülər

Azərişıq ASC “Suqovuşan” elektrik stansiyaları ilə bağlı məlumat yayıb.

Qurumdan Axar.az-a daxil olan məlumatda deyilir:

"Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur ki, onlardan biri də Suqovşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarıdır (KSES). Onlardan birinin gücü 4,8 digərinin gücü isə 3 Meqavatdır.

Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb. Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək".

“Suqovuşan” KSES-lərin mövcud vəziyyətini əks etdirən videoçarxı təqdim edirik:

Tarix
2020.12.05 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla