Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2019


Bakı Hava Limanında biznes ortağını öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında adam öldürməkdə təqsirli bilinən Sahib Musayevin məhkəməsi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı 2014-cü il yanvarın 7-nə təyin edilib.

İttihama görə, bu il mayın 23-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında Sahib Musayev Ordubad rayon sakini Alim Əhmədovu bıçaqlayaraq öldürüb. Sahib Musayev cinayəti törətdikdən sonra meyiti avtomobilə qoyaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirib, könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib. KİV-də onun barəsində məlumat verilməsə də, Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu insandır.

Alim Əhmədovu öldürən Sahib Musayev qardaşı, ötən il noyabrın 25-də Moskvanın Novqorod küçəsində güllələnmiş Natiq Musayevin qisasını alıb. O, zaman killer Natiq Musayevi yaşadığı yerdə gözləyib. Natiq Musayev 15-ci mərtəbədə liftdən çıxarkən cinayətkar üç dəfə onun başına atəş açıb. Öldürülmüş Natiq Musayev Moskvada geyim mağazaları şəbəkəsinini sahibi olub.

Bundan sonra şənbə günü Musayevin yaxınları öldürülmüş şəxsi yad etmək üçün "Zimnyaya veranda" restoranında toplaşıblar. Çay sifariş verərək, onları narahat etməməyi xahiş ediblər. Təxminən saat 18:00 radələrində Musayevin qohumları - 50 yaşlı Şirin Hümbətov və onun bacısı oğlu Şahin Nağıyev restorana gəliblər. Bir saatdan sonra Şahin Hümbətov onu söhbət etmək üçün bayıra çağırmış naməlum kişi tərəfindən alından 2 güllə vurulmaqla qətlə yetirilib, onun 48 yaşlı bacısı oğlu Şahin Nağıyev isə sinəsindən yaralanıb. Hümbətov Moskvadakı Azərbaycan diasporasının tanınmış təmsilçisi olub və əsasən, Riqa bazarına nəzarət edirmiş. Qatil hadisə yerindən qaçıb. Kafedə qətllə bağlı cinayət işi qaldırılsa da, elə Natiq Musayevin qətli kimi həmin qətlin də üstü açılmır.

Musa və Sahib Musayev qardaşları özləri üçün müəyyənləşdirirlər ki, qohumlarının qatili, daha doğrusu, sifarişçisi o zamanlar Natiq Musayevin biznes ortağı olan Alim Əhmədovdur. Onların fikrincə, Alim Əhmədovun digər qardaşlarının ölümündə də əli olub. İki il əvvəl Moskva xəstəxanasında Musayevlərin daha bir doğma qardaşı dünyasını dəyişib. Saxlanılmış Sahib Musayev qardaşının hansısa dərmanın ölümcül dozasının vurulması nəticəsində öldüyünü bildirib. Guya Alim Əhmədov işi elə qurub ki, Musa xəstəlikdən ölsün.

Sahib Musayev bildirib ki, tərəfdaşlarını aradan götürməkdə məqsəd onların biznesinə yiyələnmək olub. Bu hadisələrdən dərhal sonra Alim Əhmədov gizlənib. O, Musayevlər tərəfindən axtarıldığını bilərək, müxtəlif ölkələrdə gizlənib. Musayevlər onu tapmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də gediblər (Teleqraf).

Tarix
2013.12.26 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda qeyri-adi hadisə: Günəşin ətrafında... - Foto

1 kilo narkotik qanunsuz dövriyyədən çıxarıldı

Şəhid ailələrinə birdəfəlik maddi yardımlar verildi

Uğurlu əməliyyat: qanunsuz silahlar götürüldü

DTX rəhbərliyi Şəhidlər Xiyabanında - Foto

Usubov polkovniki vəzifədən çıxardı - Yeni təyinatlar

Bu ölkənin 2 min vətəndaşı Bakıda yoxa çıxıb – Axtarış

DİN-in bəzi səlahiyyətləri ASAN-a verildi? - Rəsmi cavab

Sabahın hava proqnozu açıqlandı

Doha-Bakı-Doha aviareysi yenə ləğv edildi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla