Yuxarı

Şəhid Səfanın anası: Bunu oxuduqca heyrətə gəlirəm...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsindən Şəhid olaraq ayrılan qəhrəmanlarımızdan biri də 21 yaşlı Səfadır.

Axar.az xəbər verir ki, Səfa Əmirxan oğlu İsazadə 17 may 1999-cu ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub, Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

2019-cu ilin yanvar ayında hərbi xidmətini başa vurub.

Vətən müharibəsinin 3-cü günündə - 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Oktyabrın 14-ü Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.

“Səfa ilk övladımızdır. Oğlum həm tərbiyəli idi, həm də ağıllı. Kimsə deyə bilməz ki, Səfa ilə sözüm səhv gəlib, mübahisəm olub. O qədər gözəl ürəyi var idi ki! Deyirlər ki, balam cəbhədə də bu ürəyi ilə mərd-mərdanə vuruşub. Heç vaxt yoldaşlarını tək qoymayıb. Son nəfəsinə kimi onlarla çiyin-çiyinə savaşıb.

Şəhidlərimizə baxıram, sanki hamısı xüsusilə seçilib. Düzünü desəm, onlar haqda oxuduqca lap heyrətə gəlirəm. Necə qeyrətli balalarımız varmış. Düşmənə bir dəqiqə belə aman verməyiblər. Onlarla necə fəxr etməyəsən axı!? İnanıram ki, balam cənnətdədir. Bu, mənim tək təsəlli yerimdir. Allah digər şəhid balalarımıza da rəhmət eləsin, ana-atalarına səbir versin”, - deyə şəhidimizin anası Qızqayıt xanım deyib.

Şəhidimiz oktyabrın 19-da Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz ailənin 3 oğlundan ilki idi.

Allah rəhmət eləsin!

Tarix
2020.12.12 / 12:54
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla