Yuxarı

Gürcü nazir Azərbaycan xalqını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü nazir Azərbaycan xalqını təbrik etdi

Gürcüstanın baş nazirinin müavini, enrgetika naziri Kaxa Kaladze Azərbaycan xalqını, o cümlədən ölkədə yaşayan azərbaycanlıları yeni il münasibəti ilə təbrik edib.

Bu barədə K.Kaladze Gürcaani rayonunun Axalşeni kəndinin qazlaşdırılması ilə bağlı keçirilmiş tədbirdə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın "SOCAR Georgia Gas" şirkəti Gürcüstanda qazlaşdırma sahəsində böyük işlər həyata keçirir: "Gələn il qazlaşdırma davam edəcək və ölkə əhalisinin 75% əhalisi təbii qazla təmin olacaq".

Gürcaani rayonundakı Axalşeni kəndinə təbii qaz verilməsi tədbirində iştirak edən "SOCAR Georgia Gas"-ın direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında Axalşeni kəndində hələlik 350 abonentə təbii qaz verildiyini bildirib: "Bu iş davam edəcək və kənddə yaşayan 940 ailənin hamısı qazla təmin olunacaq".

Qeyd edək ki, bu günlərdə Gürcüstanda ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə bu ölkənin qazlaşdırılmasına dair memorandum imzalanıb. Sənəddə qeyd olunub ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyi 2017-ci ilədək Gürcüstanda qazlaşdırılmanı yenə də davam etdirəcək və 100 min ailəni təbii qazla təmin edəcək. (APA)

Tarix
2013.12.26 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla