Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2019


Yeni il bayramına münasibət - Dini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" olaraq qarşıdan gələn Yeni il bayramına ölkə dindarlarının və ilahiyyatçılarının münasibətini öyrənməyə çalışdıq.

Məlum olduğu kimi, ölkəmizdə hər il 31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Mənbələrdə verilən məlumata görə, bu ilin 31 dekabrı İslam Peyğəmbərinin və Hz. İmam Həsənin vəfat gününə təsadüf edir. Bu günü təntənəli şəkildə keçirməyin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirən ilahiyyatçı Elşad Miri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və ilahiyyatçı, "Təzə Pir"in mollası Hacı Mübariz mövzu ilə əlaqədar bu fikirləri bildirdi:

Azərbaycan dünyəvi bir dövlətdir

Elşad Miri:

- Peyğəmbərin vəfatının dekabrın 31-nə düşməsi doğru məlumat deyil. Bu, sadəcə, müəyyən mənbələrdə bu formada qeyd olunub. Əslində vəfat günü hicri-qəməri tarixi ilə rəbiül-əvvəl ayının 12-sinə təsadüf edir.

Yeni il bayramı ilə bağlı isə bu fikirdəyəm ki, əgər bir xristian Ramazan bayramını, Qurban bayramını keçirmirsə, bir müsəlman niyə Yeni il bayramını keçirməlidir? Mən həmişə bu fikirdəyəm və bu fikrə uyğun da hərəkət edirəm. Yeni ili qeyd etməməyimin məhərrəmlik ayı ilə heç bir əlaqəsi yoxdur. Dekabrın 31-i ölkədə Yyeni il bayramının qeyd olunmasına və telekanallarda şənliklərin keçirilməsinə münasibətim budur ki, Azərbaycan dünyəvi bir dövlətdir və belə bir dövlət hər bir vətəndaşın hüququna hörmətlə yanaşmalıdır. Bu halda da heç kimə qadağa qoya və etiraz edə bilmərik. Hər kəs öz inancına görə bu həyatı yaşayır və davam edir.

İslamla heç bir təzad təşkil etmir...

​Aqil Şirinov:

- İslami çərçivədə bayramın qeyd olunmasının problemi yoxdur. İslamda əsasən iki bayram qeyd olunur. Bunlardan biri Ramazan, o biri isə Qurban bayramıdır. Bundan əlavə günlərdə insanlar pis işlərlə məşğul olmadan bayram keçirirlərsə, bunda heç bir problem yoxdur. Lakin bu il dekabr ayının 31-i həm Həzrəti Peyğəmbərin, həm də İmam Həsənin vəfat gününə təsadüf edir. İnsanların bir qismi də bu səbəbdən bu il yeni ili qeyd etməyəcək. Amma bayramı qeyd etmək istəyən insanlar daha yaxşı olar ki, bir gün sonra qeyd etsin yeni ili. Elə əslində yeni il yanvarın 1-idir. 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Mən ayın 31-ini həmrəylik günü olaraq qeyd edəcəyəm. Bu da islamla heç bir təzad təşkil etmir.

Peyğəmbərin müqəddəs ruhuna xatir

Hacı Mübariz:

- Ayın 31-i həm Peyğəmbərin, həm də İmam Həsənin vəfat günüdür. Bu günə İslam Peyğəmbərinin müqəddəs ruhuna xatir ehtiram göstərməliyik. Mən özüm evə heç yolka da almıram. O günü dualar etməklə, namaz qılmaqla keçirəcəyəm. Hazırda səfər ayıdır, bu ayda bayramı qeyd etmək qadağa deyil, sadəcə, Allah buyuran şəkildə olmalıdır. Həddi aşdıqda isə Allaha xoş getməz.

Tarix
2013.12.27 / 00:01
Müəllif
Natiq Azəri
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Neft Daşları"ndakı meydança belə çökdü - Foto

Bakıda qumarxana aşkarlandı - Foto

Ermənilərlə sülh şəraitində yaşamaqda maraqlıyıq – Sədr

İmişlidə ərəblər saxlanıldı

Çörəyin qiymətini qaldıran, çəkisini azaldan kimlərdir?

Naxçıvanda zabitlərin təlim toplantısı keçirildi - Video

Sürücülərə şad xəbər: Bu yerlərdə “durmaq” olacaq

AzerTelecom Dəmir Yolları QSC ilə əməkdaşlığa başladı

“Hunday” 3 nəfəri vurdu, biri öldü

Bəzi məhbuslar aclıq aksiyası keçirir? – Rəsmi cavab

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla